• Bakı 12° C

    13.09 m/s

  • USD - 1.7

    EUR - 1.8297

    RUB - 0.0185

Ukraynaya “Patriot” sistemlərini verməkdən imtina etdi

DÜNYA

26 Aprel 2024 | 09:04

Ukraynaya “Patriot” sistemlərini verməkdən imtina etdi

Yunanıstan Ukraynaya nə S-300, nə də “Patriot” vermək niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bunu ölkənin Baş naziri Kiriakos Mitsotakis “Iefimerida”ya müsahibəsində deyib.

Siyasətçinin sözlərinə görə, Yunanıstana bu silahlar barədə sorğu göndərilib və yetkililər onları niyə verə bilmədiklərini izah ediblər:

“Yunanıstan Ukraynanı müxtəlif yollarla, müdafiə materialları ilə dəstəkləyib. Lakin biz ilk andan dedik ki, bizim çəkindirmə imkanlarımız üçün kritik olan silah sistemlərindən vaz keçə bilmərik.

Bizim Ukraynaya dəstək verə biləcəyimiz artıq material var, biz bunu etdik və hesab edirəm ki, bu, düzgün seçimdir. Əgər belə material tapa bilsək, bunu davam etdirəcəyik.

Ancaq qeyd etdiyiniz hava hücumundan müdafiə sistemləri Yunanıstanın hava məkanını qorumaq üçün vacibdir və Ukraynaya verilməyəcək”.

Xatırladaq ki, daha əvvəl “Financial Times” Yunanıstan və İspaniyanın Ukraynanı əlavə hava hücumundan müdafiə sistemləri ilə təmin etmək üçün Aİ və NATO müttəfiqlərinin güclü təzyiqi altında olduğunu bildirmişdi.


SON XƏBƏRLƏR

06 May 2024