• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Televiziyada cins şalvarlara senzura

DÜNYA

27 Mart 2024 | 11:01

Televiziyada cins şalvarlara senzura

Bağçılıqla bağlı proqram yayımlayan Şimali Koreya dövlət televiziyası proqram aparıcısının geyindiyi cins şalvarlara senzura tətbiq edib.

Bakıvaxtı.az bu barədə"N TV"yə istinadən xəbər verir.

Məlumata görə, Alan Tiçmarşın aparıcılıq etdiyi “Bağ sirləri” proqramı səhər saatlarında Northern State televiziyasında yayımlanır.

BBC proqramının 2010-cu il buraxılışlarının yenidən yayımlandığı verilişdə aparıcının geyindiyi cins şalvar senzuraya məruz qalıb.

Qeyd edək ki, Şimali Koreyada mavi cins şalvarlar Qərb imperializminin simvolu kimi qəbul edildiyi üçün qadağan edilib.

Xatırladaq ki, ilk dəfə 1990-cı illərdə başlayan qadağa o dövrün lideri Kim Conq-il tərəfindən qoyulmuşdu. Conq-il cins şalvarın qərb imperializminin, xüsusən də Amerikanın simvolu olduğunu və sosialist dövlətində onlara yer olmadığını müdafiə edirdi.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026