İsrailli etirazçılar humanitar yardımın Qəzzaya çatmasına mane olublar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisindən bildirilib.
“Yanvarın 25 və 26-da israilli etirazçılar humanitar yardım daşıyan maşınların Kerem Şalom keçidindən Qəzzaya daxil olmasına mane olublar. Bu yük maşınlarında un, ərzaq, gigiyena vasitələri, çadırlar və digər qeyri-ərzaq malları olub. Yük maşınları Qəzzaya çata bilməyib. Ərzaq, su və tibbi yardımın çatdırıla bilməməsi yardıma ehtiyacı olanların onsuz da ağır olan humanitar vəziyyətini daha da pisləşdirəcək”, - deyə BMT bildirib.
Departament qeyd edib ki, onlar 2024-cü ilin yanvar ayının ikinci yarısında Qəzza zolağının şimal və mərkəzi ərazilərinə girişdə azalma tendensiyasını müşahidə etməkdə davam edirlər.
“Bunun səbəbi humanitar yardım karvanlarının keçid məntəqələri qarşısında həddindən artıq gecikmələridir”, - deyə ofis əlavə edib.
Günəş Mərd
BMT-dən XƏBƏRDARLIQ
DÜNYA
27 Yanvar 2024 | 11:50

SON XƏBƏRLƏR
10 Noyabr 2026
09:50














