• Bakı 14° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0902

İki körpə qızılcadan ÖLDÜ

DÜNYA

28 Dekabr 2023 | 12:35

İki körpə qızılcadan ÖLDÜ

Qazaxıstanda qızılca xəstəliyi səbəbindən iki körpə ölümü qeydə alınıb.

Bakıvaxtı.az Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə səhiyyə nazirinin müavini Ayjan Esmaqambetova məlumat verib.

"Astana və Şərqi Qazaxıstan vilayətində iki ölüm faktı qeydə alınıb. Körpələr bir yaşa qədərdirlər, yəni peyvənd yaşına çatmayıblar", - o bildirib.

Onun sözlərinə görə, daha 15 uşağın vəziyyəti ağırdır.

Qeyd edək ki, ilin əvvəlindən respublikada rəsmi olaraq 26 815 qızılcaya yoluxma halı qeydə alınıb.

Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, uzunmüddətli dinamikaya əsasən, bu il ölkədə son on ildə ən böyük qızılca epidemiyası yaşanır./Report


SON XƏBƏRLƏR

01 Aprel 2026