• Bakı 24° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Durov yalnız məhkəmənin müəyyən etdiyi ünvanda yaşaya bilər

DÜNYA

29 Avqust 2024 | 17:00

Durov yalnız məhkəmənin müəyyən etdiyi ünvanda yaşaya bilər

“Telegram”ın təsisçisi Pavel Durov Fransada hakimin müəyyən etdiyi ünvanda yaşaya bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Liberation" Paris prokurorluğuna istinadən yazıb.

Məlumata görə, iş adamının elektron qolbaq taxmasına ehtiyac olmayacaq, çünki o, ev dustaqlığında deyil və buna görə də məhkəmənin müəyyən etdiyi məhdudiyyətlərə əməl etmək, məsələn, mütəmadi olaraq müəyyən polis bölməsinə baş çəkmək şərti ilə Fransa ərazisində hərəkət edə bilər.

O, köçərkən yeni ünvanı hakimlə razılaşdırmalı və həftədə iki dəfə polis bölməsinə gəlməlidir.

Prokurorluq, həmçinin P.Durovun bütün pasportlarının müsadirə olunduğunu bildirib.


SON XƏBƏRLƏR

13 Sentyabr 2024