• Bakı 23° C

    3.06 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Edillidə daha bir kütləvi məzarlıq aşkarlandı

CƏMİYYƏT

04 Oktyabr 2022 | 14:29

Edillidə daha bir kütləvi məzarlıq aşkarlandı

İşğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib.

Bakıvaxtı.az xəbər verir ki, məzarlıqda 12 nəfərə aid qalıqların üzərlərində və ətrafda tapılan əşyalardan onların hərbçi olduğu ehtimal edilir.

Bundan başqa, aşkarlanan qalıqlardan görünür ki, həmin şəxslər ölməzdən əvvəl əlləri və ayaqları məftil və ya kəndirlə bir-birlərinə bağlanıb.

Hazırda müvafiq qurumların nümayəndələri və KİV təmsilçiləri kütləvi məzarlığa baxış keçirir. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR