• Bakı 15° C

    1.42 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Qrip mövsümü başladı: Valideynlərə XƏBƏRDARLIQ

CƏMİYYƏT

23 Sentyabr 2026 | 15:10 | Müəllif: Zeynəb Rzayeva

Qrip mövsümü başladı: Valideynlərə XƏBƏRDARLIQ

“Uşaqların mövsümi xəstəliklərdən qorunması üçün balanslaşdırılmış qidalanma və təmiz havada gəzinti vacibdir”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Günay Salehova qurumun “İnstagram” səhifəsində keçirilən canlı yayımı zamanı deyib.

Onun sözlərinə görə, havaların soyuması ilə əlaqədar payız-qış aylarında uşaqlarda respirator virus infeksiyalarının aktivliyinin artması və xəstələnmə hallarının çoxalması müşahidə olunur.

G.Salehova qeyd edib ki, ən çox rast gəlinən respirator virus infeksiyalarından qrip infeksiyasının artıq mövsümü başlayıb. Payız aylarında rinoviruslar, RSV, adenoviruslar və bu tip hava-damcı infeksiyalarının aktivliyi də artır.

Dediyinə görə, payız-qış aylarında məktəb və bağçaların fəaliyyətə başlaması, uşaqların qapalı məkanlarda bir-biri ilə daha yaxın təmasda olması virusların yayılma ehtimalını artırır.

Pediatr vurğulayıb ki, havaların soyuması uşaqların mütləq şəkildə virus infeksiyalarına yoluxacağı anlamına gəlmir. Bu tip hava-damcı infeksiyalarına ilin müxtəlif fəsillərində rast gəlinir.

“Virusların həm yay, həm qış, həm də payız aylarında hava-damcı infeksiyaları arasında üstünlük təşkil etməsi mümkündür. Lakin hər bir uşağın mütləq yoluxması demək deyil. Uşaqlarımızı bu infeksiyalardan qorumaq üçün balanslaşdırılmış qida rejimi, gündəlik təmiz havada gəzinti təmin edilməlidir. Ən əsası isə Ümumdünya Səhiyyə Təşkilatının da vacib hesab etdiyi qripə qarşı vaksinasiyanı tövsiyə edirik”, - deyə Günay Salehova bildirib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026