Əfqanıstan və Pakistan toqquşması davam edir.
Bakıvaxtı.az xəbər verir ki, Kabildə "France-Presse" (AFP) agentliyinin jurnalistləri tərəfindən çoxsaylı partlayışlar eşidilib və hakim Taliban Pakistanın hava hücumlarına cavab verdiyini iddia edib.
Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü “X” platformasında bildirib ki, hava hücumundan müdafiə qüvvələri ölkənin paytaxtı üzərində Pakistan təyyarələrini atəşə tutub.
Qeyd edək ki, aylarla davam edən qarşıdurmalardan sonra, ötən həftənin cümə axşamı günü Əfqanıstan əsgərlərinin sərhəd bölgələrinə hücum etməsi və Pakistanın cavab hava hücumlarına səbəb olması ilə iki ölkə arasında müharibə yenidən qışışıb. Pakistan Taliban hakimiyyətinə qarşı "açıq müharibə" elan edib və onları ərazisinə hücumlar təşkil edən silahlı yaraqlıları gizlətməkdə günahlandırıb. Kabil isə bu ittihamı rədd edir.
Məlumat üçün bildirək ki, Əfqanıstanda 40-a yaxın insanın həlak olduğu deyilir. Pakistan Kabil və Talibanın ali lideri Hibatullah Axundzadənin təcrid olunmuş vəziyyətdə yaşadığı cənub şəhəri Qəndəharı bombaladığını etiraf edib. Əfqanıstan Pakistanı kənd Qəndəhar bölgəsində mülki şəxslər arasında itkilərə səbəb olmaqda ittiham edir. Taliban hökumətinin sözçü müavini Həmdullah Fitratın sözlərinə görə, cümə axşamından bəri Xost, Kunar və Paktika əyalətlərində daha 36 mülki şəxs ölüb. Xüsusilə Səudiyyə Ərəbistanı və Qətərin vasitəçilik cəhdləri uğursuz olub. ABŞ Pakistanın Taliban hücumlarından özünü müdafiə etmək hüququnu dəstəklədiyini bildirib.
Aydın Baxış
Bakı 




