• Bakı 16° C

    13.4 m/s

  • USD - 1.7

    EUR - 1.8451

    RUB - 0.0174

“Əkinçi” adlanan işığa doğru...

MEDİA

22 Iyul 2024 | 11:36

“Əkinçi” adlanan işığa doğru...

Mən hələ ki, özümü jurnalistika ilə maraqlanan biri hesab edirəm. Böyük jurnalist olmaq üçün böyük illər və səbr gərəkdir.

Böyük jurnalistlərdən öyrəndiyim ən önəmli nüans isə budur: “Dəqiq ol, qərəzsiz yaz, vicdanla yanaş”.

Bu gün 149 il öncə mətbuata dəqiq olan, qərəzsiz yazan, işinə vicdanla yanaşan nacizanə vücudun – Zərdabinin bizə bəxş etdiyi “Əkinçi” adlı günəş doğdu.

O günəş ki, biz onun şəfəqi altında toplanmışıq. Bizlər də gənclər olaraq bu günəşin işığından pay almağa çalışırıq.

Öyrəndiyim digər nüans isə əmanətə xəyanət etməməkdir.

Bu gün Həsən bəyin, Mirzə Cəlilin, Ünsizadələrin yaratdığı milli mətbuat bizə əmanətdir.

Bizim isə gənclər olaraq vəzifəmiz bir olmalıdır:

Dəqiq olmaq, qərəzsiz yazmaq, vicdanla yanaşmaq, əmanətə sadiq qalmaq.

Cəmiyyətə xidmət dünyada ən şərəfli peşədir. Jurnalistlər də cəmiyyətə xidmət edir.

Jurnalist də müsəlləh əsgərdir. Cəmiyyətə xidmət edən hər kəs vətənə də xidmət edir.

Bu gün Çingizin və Siracın kamerası, Salatın Əsgərovanın və digər vətən uğrunda özünü sipər edən mətbuat nümayəndələrinin mikrofonu bizə əmanətdir.

Bu peşəyə könül vermiş hər  kəsin Milli Mətbuat Günü qutlu olsun.

149 il öncə parlayan günəşimiz heç sönməsin...

Əli Hüseynov


SON XƏBƏRLƏR

17 Oktyabr 2024