• Bakı 26° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

 Media subyektlərinin Milli Məclisə seçkilərdə fəaliyyəti müzakirə olunub 

MEDİA

08 Avqust 2024 | 12:33

 Media subyektlərinin Milli Məclisə seçkilərdə fəaliyyəti müzakirə olunub 

Mərkəzi Seçki Komissiyasının (MSK), Medianın İnkişafı Agentliyinin (MEDİA), Audiovizual Şura və Mətbuat Şurasının təşkilatçılığı ilə seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Milli Məclisə seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirə keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, müşavirədə aidiyyəti qurumların nümayəndələri və media subyektlərinin rəhbərləri iştirak edib.

    Müşavirədə MSK sədri Məzahir Pənahov çıxışında bildirib ki, media nümayəndələri daim prosesin içərisində olduğundan seçkini obyektiv işıqlandırmalıdırlar: “Milyonlarla insanın iştirak etdiyi hansısa tədbiri dünyanın istənilən yerində səhvsiz keçirmək mümkün deyil. Bu cür tədbirlərdə kimlərsə bilərəkdən və ya bilməyərəkdən, əksəriyyət isə bilməyərəkdən hansısa qanun pozuntusuna yol vermiş olur. Hansısa məntəqədə qanun pozuntusu baş veribsə, həmin məntəqənin nəticələri ləğv olunmalıdır. Burada qəbahətli heç nə yoxdur. Dünyanın hər yerində bu, belədir. Qanun pozuntusuna yerində baxmaq və qərar çıxarmaq lazımdır”.

    Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov isə qeyd edib ki, seçkilərin mediada işıqlandırılması prosesini operativ izləmək üçün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən monitorinq həyata keçirilməkdədir: “Bu da dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edən tədbirlər ərəfəsində mediamızın məsuliyyətini, baş verənlərə çevik reaksiyasını daha da artırır. Təcrübə göstərir ki, seçkilər zamanı ölkəmizin informasiya mühitinə kənardan yönləndirilən təhdidlər artır, informasiya manipulyasiyasının bütün formalarının sistemli şəkildə tətbiq edilməsi halları müşahidə olunur. İctimai rəyi çaşdırmağa, ölkəmiz haqqında mənfi rəy yaratmağa yönəlmiş bu kimi hallara qarşı sayıqlığımızı daha da artırmalıyıq.

    Medianın İnkişafı Agentliyi qərəzli və sistemli şəkildə ölkəmizə qarşı yönəlmiş feyk xəbərlərin vaxtında, operativ qaydada aşkarlanıb ifşa olunması üçün digər müvafiq dövlət qurumları ilə sistemli iş aparmaqdadır. Bu qəbildən olan təhdidlərin təsir dairəsinin azaldılmasında Azərbaycanın ciddi media subyektlərinin çevik dəstəyi həmişə vacibdir”.

    Audiviziual Şuranın sədri İsmət Səttarov isə seçkiqabağı təşviqatla bağlı Seçki Məcəlləsinin tələblərini müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

    Müşavirə Mətbuat Şurasının sədri Rəşad Məcid, MSK üzvləri İlkin Şahbazov, Hüseyn Paşayev və digər şəxslərin çıxışı ilə davam edib.


    SON XƏBƏRLƏR

    09 Sentyabr 2024