İstirahət insan həyatının vacib hissələrindən biridir. Yay fəslinin yaxınlaşması ilə insanlar istirahət planları qurmağa başlayırlar.
Bu mövsüm həm fiziki, həm də mənəvi cəhətdən dincəlmək üçün əlverişli şərait yaradır. Məktəblərdə və bir çox iş yerlərində məzuniyyət dövrü başladığı üçün insanlar daha çox asudə vaxt əldə edirlər.
Yay istirahəti yeni yerlər görmək, maraqlı fəaliyyətlərlə məşğul olmaq və ailə ilə vaxt keçirmək imkanı yaradır. Buna görə də yay fəslinin gəlişi hər kəs tərəfindən böyük sevinc və maraqla qarşılanır. Belə bir məqamda tanınmışların istirahət edəcəyi məkanlar da maraq doğurur.
Bakıvaxtı.az olaraq, bu amili nəzərə alıb, sabiq təhsil naziri Misir Mərdanovla əlaqə saxladıq. O, hazırda Novxanıda dincəldiyini söylədi:

“Novxanı kəndində dincəlirəm. Hələ işdəyəm, məzuniyyət vaxtı çatmayıb. İndidən də səfər barədə düşünmək istəmirəm, hələlik buradayam”.
Aydın
Bakı 



