• Bakı 26° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

Təzyiqi olanlara YAY XƏBƏRDARLIĞI: Bunları etməyin  - 7 TÖVSİYƏ

CƏMİYYƏT

20 Iyul 2026 | 10:54

Təzyiqi olanlara YAY XƏBƏRDARLIĞI: Bunları etməyin  - 7 TÖVSİYƏ

Yay aylarında havanın temperaturu yüksəldikcə insanlar arasında təzyiq problemləri daha çox müşahidə olunur. İsti hava şəraitində həm yüksək, həm də aşağı təzyiq halları ilə qarşılaşanların sayı artır. Xüsusilə günün ən isti saatlarında bu cür halların daha çox yaşandığı bildirilir.

Bu səbəbdən bir çox insan isti havanın təzyiqə təsiri ilə bağlı suallara cavab axtarır.

Bəs yüksək temperatur arterial təzyiqə necə təsir edir və bunun səbəbi nədir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında həkim-mütəxəssis kardioloq Emil Hasilov bildirib ki, yay aylarında havanın temperaturunun yüksəlməsi arterial hipertenziyadan əziyyət çəkən şəxslərin sağlamlığına birbaşa təsir göstərə bilər.

Onun sözlərinə görə, isti hava damarların genişlənməsinə, tərləmə nəticəsində maye və elektrolit itkisinə səbəb olur:

“Bu isə bəzi hallarda arterial təzyiqin həddindən artıq enməsinə, başgicəllənmə, halsızlıq və hətta huşun itirilməsinə gətirib çıxara bilər”.

Həkim yay mövsümündə arterial hipertenziyası olan şəxslərə tövsiyələr verib. Dediyinə görə, bu şəxslər gün ərzində kifayət qədər maye qəbul etməlidir. Əks göstəriş yoxdursa, susuz qalmamaq vacibdir:

“Arterial təzyiqinizi mütəmadi olaraq ölçün və nəticələri qeyd edin. Həkim məsləhəti olmadan təzyiq dərmanlarının dozasını dəyişməyin və ya qəbulunu dayandırmayın. Günün ən isti saatlarında (11:00–17:00) uzun müddət açıq havada qalmaqdan çəkinin. Yüngül, açıq rəngli və rahat geyimlərə üstünlük verin. Duzlu və yağlı qidaların qəbulunu məhdudlaşdırın, meyvə və tərəvəzlə zəngin qidalanmağa çalışın. Başgicəllənmə, güclü halsızlıq, sinə ağrısı və ya nəfəs darlığı yaranarsa, dərhal həkimə müraciət edin”.

Emil Hasilov: İsti hava damarların genişlənməsinə, tərləmə nəticəsində maye və elektrolit itkisinə səbəb olur

Müsahibimiz əlavə edib ki, yay aylarında bəzi xəstələrdə arterial təzyiq göstəriciləri dəyişə bilər:

“Buna görə də müalicə planında hər hansı düzəliş yalnız həkim tərəfindən aparılmalıdır”.

“Düzgün həyat tərzi, müntəzəm təzyiq nəzarəti və həkim tövsiyələrinə əməl edilməsi yay mövsümünü daha təhlükəsiz keçirməyə kömək edir”, - deyə Emil Hasilov əlavə edib.

Aynur Babazadə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyul 2026