• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Elektron siqaret QADAĞAN OLUNUR

DÜNYA

28 Noyabr 2023 | 12:33

Elektron siqaret QADAĞAN OLUNUR

Avstraliya yanvarın 1-dən etibarən ölkəyə birdəfəlik elektron siqaretlərin girişini qadağan edəcək.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, idxal qadağası ilə yanaşı, birdəfəlik siqaretlərin istehsalı və reklamı üçün də yeni qaydalar tətbiq olunacaq.

Ölkədə elektron siqaretlərin istirahət məqsədləri üçün istifadəsinə tamamilə son qoyulması hədəflənir. Elektron siqaretlər adi siqareti tərgitməyin bir yolu kimi satışa çıxarıldı, lakin Avstraliyanın Səhiyyə Naziri Mark Butler onların "nikotinə aludə olan yeni nəsil" yaratdığını söyləyib.

Elektron siqaretlər litium batareyaları ilə işləyir və tərkibində nikotin, süni dadlandırıcı, bəzi digər kimyəvi maddələr olan maye kartriclər var.

2021-ci ildən ölkədə tərkibində nikotin olan elektron siqaretlər yalnız reseptlə alına bilər. Lakin bu məhdudiyyətlərə baxmayaraq, asılılığın səviyyəsinin xeyli artdığı bildirilir.

Sidney Universitetinin bu ilin əvvəlində apardığı araşdırmaya görə, 14-17 yaşlı gənclərin dörddə birindən çoxu elektron siqaretdən istifadə edir.

Avstraliya Xərçəng Şurasının xeyriyyə fondunun araşdırmasına görə, eyni yaş qrupunda olan hər 10 gəncdən 9-u nikotin ehtiva edən elektron siqaretləri əldə etməyin asan olduğunu söyləyir.

Nazir Butler elektron siqaret idxalına qadağanın yanvarın 1-dən başlayacağını, doldurula bilən - müalicəvi olmayan elektron siqaretlərin isə mart ayından sonra ölkəyə girişinin qadağan ediləcəyini açıqlayıb. Şirinləşdirici maddələr, nikotin tərkibi və qablaşdırma ilə bağlı müalicəvi elektron siqaretlərin idxalçıları və istehsalçıları üçün də yeni məhdudiyyətlər tətbiq ediləcək.

Mütəxəssislər xəbərdarlıq edir ki, elektron siqaretlərin uzunmüddətli təsirləri hələ tam olaraq bilinmir. ABŞ-ın Con Hopkins Universitetinin araşdırmasına görə, elektron siqaretlər ilə xroniki ağciyər xəstəlikləri və astma arasında əlaqə var. Avstraliyalı alimlər də bu siqaretlərdə istifadə edilən mayelərin tərkibindəki kimyəvi maddələrin ağciyər sağlamlığına təsir etdiyi barədə xəbərdarlıq edirlər.

Ay Tac


SON XƏBƏRLƏR

26 Iyul 2024