Türkiyədə zəncirvari qəza olub.
Bakıvaxtı.az “Anadolu” Agentliyinə istinadla xəbər verir ki, hadisə Türkiyənin Şimali Mərmərə şosesinin Sakarya mövqeyində qeydə alınıb. Hadisəyə havanın duçanlı olması səbəb olub.
Daxil olan məlumata görə, magistralın İstanbul istiqamətinin Dağdibi məntəqəsində 3-ü avtobus olmaqla 7 nəqliyyat vasitəsi zəncirvari qəza törədib.
Qəza səbəbindən magistralın İstanbul istiqamətində nəqliyyatın hərəkəti dayanıb.
Sakarya valisi Yaşar Karadeniz bildirib ki, ilkin məlumata görə, qəzada 11 nəfər ölüb, 57 nəfər yaralanıb.
Yaralılar xəstəxanalara çatdırılıb. Qruplar bölgədəki işləri davam etdirir.
Babək İdrisov



















