• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qərb Ukraynanın bu cinayətinə şərik olacaq - Polyanski

DÜNYA

27 Yanvar 2024 | 00:33 | Müəllif: Subhan Mahmudov

Qərb Ukraynanın bu cinayətinə şərik olacaq - Polyanski

Belqorod vilayəti üzərində Rusiyanın İl-76 təyyarəsinin vurulmasında ABŞ və ya Almaniyanın yer-hava raket sistemlərindən istifadə edilməsi təsdiqlənərsə, Qərb dövlətləri Kiyev hökumətinin törətdiyi bu cinayətə şərik olacaq.

Bakıvaxtı.az bildirir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.

"İlkin istintaqa görə, Ukrayna bu terror aktını zenit-raket kompleksindən istifadə etməklə həyata keçirib. Raketlər Xarkov vilayətindən buraxılıb. İl-76 təyyarəsinin ABŞ-ın "Patriot"u, ya da Almaniya istehsalı olan İRİS-T raketləri ilə vurulması ehtimal olunur", - rusiyalı diplomat bildirib.

Qeyd edək ki, İl-76 nəqliyyat təyyarəsi yanvarın 24-də Belqorod vilayətinin Koroçanski rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 65 ukraynalı əsir və 9 ekipaj üzvünün hamısı ölüb. Rusiya Müdafiə Nazirliyi onun Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu iddia edib./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026