• Bakı 7° C

    3.55 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Putin Hindistanla münasibətlərdən danışdı

DÜNYA

28 Dekabr 2023 | 00:47 | Müəllif: Subhan Mahmudov

Putin Hindistanla münasibətlərdən danışdı

Rusiya ilə Hindistan arasında münasibətlər dünyada olan bütün çətinliklərə baxmayaraq, mütərəqqi şəkildə inkişaf edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Hindistan xarici işlər naziri Subramanyan Cayşankarla görüşündə bildirib.

“Biz çox məmnuniyyətlə qeyd edirik ki, dünyada baş verən bütün təlatümlərə baxmayaraq, Asiyadakı ənənəvi dostlarımız, Hindistan, hind xalqı ilə əlaqələr getdikcə inkişaf edir", - Putin vurğulayıb.

Qeyd edək ki, Hindistanın Rusiyanın neft daşıyan tankerlərini ölkəyə buraxmaması fonunda xarici işlər naziri Subramanyan Cayşankarın Moskva səfəri maraqla gözlənilirdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026