• Bakı 17° C

    12.74 m/s

  • USD - 1.7

    EUR - 1.8114

    RUB - 0.0183

“Əli Kərimli prezidentidən üzr istəməlidir” - Fəzail Ağamalı

SİYASƏT

19 Aprel 2024 | 11:33

“Əli Kərimli prezidentidən üzr istəməlidir” - Fəzail Ağamalı

“Əli Kərimli prezidentin qarşısında baş əyərək üzr istəməlidir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, bir neçə gündür ki, Azərbaycan ərazisində müvəqqəti yerləşən rus sülhməramlıları artıq buranı tərk edirlər. Deputat qeyd edib ki, bu, həm də 44 günlük Vətən müharibəsində heç bir şəhid vermədən əldə edilən qələbənin diplomatik uğurudur və qiymətləndirilməlidir:

"Əli Kərimli və onun ətrafında olanlardan fərqli olaraq, düşünürdük ki, İlham Əliyev erməni separatizminə qarşı qoymağa çalışır və bu da onun bir hissəsidir. Beləliklə, o, öz uğurunu əldə etdi. Bu gün əgər onlar özlərində zərrə qədər ləyaqət hissi daşıyırlarsa, cənab prezidentin qarşısında baş əyərək üzr istəməlidirlər".

F.Ağamalı bildiirib ki, qarşıda 8 kəndimiizn azad olunması, sülh sazişinin bağlanması və Zəngəzur dəhliziini açılması durur:

"Bunlar da cənab prezidentimiz tərəfindən təmin olunacaq”.

Aytac Aslan


SON XƏBƏRLƏR

01 May 2024