• Bakı C

    3.68 m/s

  • USD - 1.7

    EUR - 1.7664

    RUB - 1.6896

Əlilliyi olan şəxslərlə bağlı YENİ GÜZƏŞTLƏR

CƏMİYYƏT

21 Yanvar 2025 | 15:10

Əlilliyi olan şəxslərlə bağlı YENİ GÜZƏŞTLƏR

Əlilliyi olan şəxslər üçün yeni güzəştlər müəyyənləşir.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

    Qeyd edilib ki, layihəyə əsasən, əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsi üçün

    - əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2% dərəcəsi ilə verginin tutulması təmin ediləcək;

    - satışın həyata keçirilməsi üçün xüsusi elektron portal yaradılacaq;

    - əl işlərinin satışını həyata keçirən əlilliyi olan şəxslər portalda qeydiyyatdan keçəcək;

    - əl işlərinin satışından əldə olunan gəlirdən vergilər çıxıldıqdan sonra əlilliyi olan şəxs üçün açılmış bank hesabına köçürüləcək;

    - portalda qeydiyyatdan keçmiş əlilliyi olan şəxslər vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesablamaq, vergi hesabatları tərtib etmək və vergi orqanına təqdim etmək kimi işlərdən azad olacaq, bu işlər portal vasitəsilə elektron qaydada onların əvəzinə həyata keçiriləcək;

    - həmçinin əl işlərinin satışından əldə olunan gəlirlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid ediləcək.


    SON XƏBƏRLƏR

    21 Yanvar 2025