"Rusiya xarici işlər naziri Sergey Lavrov “Rossiya-24” telekanalına müsahibəsində “Ermənistan Azərbaycanın 7 rayonunu işğal etmişdi. Azərbaycan torpaqlarını geri qaytardı” cümlələrini işlədib".
Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, bunu Lavrovun dilindən ilk dəfədir eşidir: "Azərbaycan torpaqlarının 27 illik işğalı dövründə Lavrov və digər rusiyalı rəsmilər həqiqəti söyləmədilər, işğal barədə cümlə işlətmədilər. Lavrov müsahibəsində Ermənistanın ünvanına başqa tənqidi fikirlər də söyləyib".
E.Şahinoğlu vurğulayıb ki, bu fikirlər Lavrovun Azərbaycana dəstəyindən və ya simpatiyasından irəli gəlmir: "Sadəcə, Kremlin hazırda Ermənistan hakimiyyətindən ciddi narazılığı var, baş nazir Nikol Paşinyanı cəzalandırmağın yollarını arayırlar. Paşinyanı cəzalandırmağın ən münasib yolu Azərbaycana hədəflərinə çatmaqda mane olmamaqdır. Bütün hallarda Lavrovun torpaqlarımızın işğaldan azad edilmsəyilə bağlı fikirləri erməni saytlarında da yayılıb. Lavrovun açıqlamasını oxuyan ermənilər nəhayət anlamalıdırlar ki, Ukraynada müharibə aparan Rusiya Azərbaycana yaxın iki ildə Qarabağın tamamında suverenliyinin bərpasında mane ola bilməyəcək və ya mane olmaq istəməyəcək".
Aytac Aslan
















