"Elgizlə izlə"də gərgin anlar yaşanıb.
Bakıvaxtı.az xəbər verir ki, Əməkdar artist Gövhər Rzayeva müğənni xalası qızı Gülnarə Mahmudova ilə qalmaqal yaşayıb.
O, "Elgizlə izlə" efirə gələn qohumu ilə barışmayacağını bildirib:
"Allah hamısına can sağlığı, ömür versin. Məndən uzaq Allaha yaxın".
Gülnarə Mahmudova "Mən əvvəldən demişəm ki, ölsəm üstümə gəlməsin, ölsə, üstünə getməyəcəyəm. Ondan elə bir söz eşitmişəm ki, ürəyim sınıb. Validə əgər mənim anamdırsa, sənin də xalandır. Sən gərək xalanın dalınca danışmazdın, özün də bilirsən ki, onun haqda nə demisəm. Anam haqda böyük bir səhvə yol verib. İnsan ölür, amma söz qalır. Mən bilsyədim ki, Gövhər buradadır, heç gəlməzdim" deyə, qarşılıq verib.
Verilişdə gərginlik pik həddə çatıb. "Bilsəydim ki, buradadır, gəlməzdim. O kimdir ki, mən onun yanında oturmuşam. Əl çəkin məndən" deyən Gövhər Rzayeva efiri tərk edib.