• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Əməliyyat olunan Ağadadaş Ağayevin son durumu - FOTO

MƏDƏNİYYƏT

29 Iyun 2021 | 15:24

Əməliyyat olunan Ağadadaş Ağayevin son durumu - FOTO

Uzun müddətdir Türkiyədə müalicə alan Xalq artisti Ağadadaş Ağayev artıq sağalıb.

Sənətçinin səhhəti ilə bağlı aparıcı Hacı Nuran Hüseynov şəxsi "Instagram” hesabında paylaşım edib. O, A.Ağayevin tamamilə sağaldığını və artıq vətənə qayıtdığını bildirib:

"O qədər sevincliyəm ki… Axı hər ağızda bir dua var demişdim. Axır ki, Ağayevlər ailəsi aylardan bəri ilk dəfə olaraq sevincdən ağladı.

Çünki mənim qardaşım, dostum - Azərbaycan Respublikasının Xalq artisti Ağadadaş Ağayev bu gün vətənə qayıdır.

Özü də sağlam, gümrah şəkildə. Dəfələrlə əməliyyat olunan sənətkar ölümə baş əymədi...

Göydə Allahın, yerdə xalqın duası nəticəsində qardaşım sağaldı. Ağadadaş Ağayev də inanırdı ki, sağ-salamat qayıdacaq elinə, obasına… Elə mən də inanırdım. Budur, qardaşım vətənə, ailəsinə, səhnəyə qayıdır”.

Qeyd edək ki, Xalq artisti xərçəng xəstəliyindən əziyyət çəkirdi.


Əməliyyat olunan Ağadadaş Ağayevin son durumu - FOTOƏməliyyat olunan Ağadadaş Ağayevin son durumu - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026