• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Bu kitab Azərbaycan haqqında önəmli mənbədir"-Nazir 

MƏDƏNİYYƏT

14 Iyul 2021 | 18:45

"Bu kitab Azərbaycan haqqında önəmli mənbədir"-Nazir

“İrs” silsiləsi çərçivəsində nəşr edilən “Salam, Azərbaycan!” və “Şəki - gözəlliyin sehri” adlı kitablar Mədəniyyət Nazirliyinin “Paşa Həyat” sığorta şirkəti, “Azərbaycan Hava Yolları” QSC və “İrs” Nəşriyyat Evi ilə birgə həyata keçirdiyi təşəbbüs nəticəsində ərsəyə gəlib.
Bu gün artıq 14-cü kitabımızın təqdimatını keçirdik. Bu kitabların ərsəyə gəlməsində əməyi keçən hər kəsə, alimlərimizə, fotoqraflarımıza və tərcüməçilərimizə təşəkkürümü bildirirəm”.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Anar Kərimov bildirib.


Nazir qeyd edib ki, “Salam, Azərbaycan” kitabı ölkəmizlə bağlı çox önəmli mənbədir: “Azərbaycanın tarixini, zəngin mədəniyyətini və ənənələri haqqında çox gözəl vəsaitdir.  
Bu kitabları ölkəmizlə yanaşı beynəlxalq səviyyədə yayımlanmasını istəyirik. Beləliklə, insanlar Azərbaycan mədəniyyətilə yaxından tanış olacaqlar. Turistlər bu kitabdan istifadə edərək Azərbaycan haqqında məlumat əldə edib ölkəmizə səfər edə bilərlər.

“Şəki-gözəlliyin sehri” adlı kitabda isə Şəki Azərbaycanın tarixi məkanlarından biri kimi bəhs edilir. Şuşanın beynəlxalq səviyyədə tanıdılması bizim üçün əhəmiyyətli missiyadır. 
Bu kitabın ərsəyə gəlməsində məqsəd Şəkinin tarixini və sənət əsərlərini, onun arxitekturasını dünyada və Azərbaycanda tanıtmaqdır”.
“Paşa Həyat” sığorta şirkətinin İdarə Heyətinin sədri Niyaz İsmayılov bildirib ki, rəhbərlik etdiyi şirkət "İrs" silsiləsi çərçivəsində 10-dan artıq kitabın ərsəyə gəlməsində iştirak edib.
 
"Bu kitabların işıq üzü görməsində məqsəd ölkə və dünya ictimaiyyətinə Azərbaycan mədəniyyətini və  tarixini çatdırmaqdır.
Qeyd edim ki, “Qarabağ” adlı kitabın üzərində də işləmişik. Bu kitab informasiya müharibəsində əldə etdiyimiz növbəti nailiyyətlərimizdən biridir”,-deyə N.İsmayılov bildirib. 
Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026