• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Ən böyük nüvə silahı arsenalına malik ölkə AÇIQLANDI

DÜNYA

03 Mart 2024 | 10:07

Ən böyük nüvə silahı arsenalına malik ölkə AÇIQLANDI

"Rusiya bütün dünyada ən böyük və ən müxtəlif nüvə arsenalına malikdir".

Bakıvaxtı.az bildirir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının rəhbəri general Entoni Kotton bəyan edib.

Onun sözlərinə görə, bu qənaətə gəlməyə səbəb keçən il Rusiya Federasiyası ordusunun "RS-28 Sarmat" qitələrarası ballistik raketi arsenalına qəbul etməsi olub.

"Bundan əlavə, Rusiya qanadlı raketləri daşıyan nüvə sualtı qayıqlarını yaratmağa və qəbul etməyə davam edir. O, öz nüvə potensialını müasirləşdirir və genişləndirir".

Pentaqon rəsmisi əlavə edib ki, Rusiyanın nüvə arsenalına müxtəliflik və çeviklik əlavə edən "Kinjal" və "Zirkon" hipersəs raket sistemləri də daxildir./oxu.az


SON XƏBƏRLƏR

07 Sentyabr 2024