ABŞ-ın UnitedAirlineshava yolu şirkətinin sonvaxtlarBoeingmarkalı təyyarələriilə yaşadığı böhranayenisi əlavə edilib.
Bakıvaxtı.az-ın xarici mətbuata istinadən məlumatına görə, cümə günü havaya qalxdıqdan dərhal sonra tualetin nasazlığı və daşmasından sonra Boeing 777 təyyarəsinin salonu "nəcis iyi" ilə dolub. Nəcis tualetin çənindən sızaraq kabinəyə yayılıb.
Problemi həll etmək mümkün olmadığından təyyarə okeanı keçərək yoluna davam etmək əvəzinə havaya qalxdığı Almaniyaya qayıdıb.
Təyyarənin cəmi 7 yaşında olduğu bildirilib. Aviaşirkətin təyin etdiyi oteldə gecələyən sərnişinlər ertəsi gün başqa təyyarə ilə ABŞ-a gediblər.
Bu hadisə Boeing təyyarələrində dəfələrlə baş verən son böhranlara əlavə edilib.
Xatırladaq ki, yanvar ayında Alaska Airlines şirkətinə məxsus Boeing təyyarəsinin qapısı havada olarkən qırıldı və bu hadisə Boeingin istehsal prosesləri ilə bağlı narahatlıqları artırdı.
Ay Tac
















