• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ən təhlükəli asteroid aşkarlanıb: “Planet qatili” yer üzünə çırpıla bilər

CƏMİYYƏT

02 Noyabr 2022 | 10:24 | Müəllif: Qalib İbrahimoğlu

Ən təhlükəli asteroid aşkarlanıb: “Planet qatili” yer üzünə çırpıla bilər

Astronomlar "planet qatili" adlandırdıqları ən böyük ölçülü asteroidi kəşf ediblər.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, alimlər aşkarlanan nəhəng asteroidin Yerin orbitindən keçə biləcəyini açıqlayıblar.

Bildirilib ki, 2022 AP7 adı verilən asteroid Yerlə Venera arasında aşkar edilib. "Astronomiya" jurnalının aparıcı müəlliflərindən biri və Karnegi Elm İnstitutunun Yer və Planetlər Laboratoriyasından olan astronom Scott Sheppard, indiyə qədər "planet qatilləri" olaraq xarakterizə edilən Yerə yaxın üç asteroid kəşf etdiklərini açıqlayıb. Onun sözlərinə görə, diametri təxminən 1,1 km-dən 2,3 km-ə qədər olan asteroid 2014-cü ildən bəri kəşf edilən ən böyük asteroiddir və yəqin ki, indiyə qədər tapılmış ən böyük 5 faizlik dilimdədir.

Bu yaxınlarda kəşf edilmiş "2022 AP7"nin nə vaxt Yer üçün ciddi təhlükə yaradacağı qeyri-müəyyəndir, Şeppard bildirib ki, aşkar edilmiş asteroidlər Yerə dəyməyəcək marşrutlardadır. Yerlə Venera arasında olduğu üçün aşkarlanması çətin olan “planet qatili” nə James Webb, nə də Hubble teleskopları tərəfindən aşkarlana bilməyib.

Aytac Aslan


Ən təhlükəli asteroid aşkarlanıb: “Planet qatili” yer üzünə çırpıla bilər
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026