• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Naxçıvanda ilk hadisə: Vasif Talıbovun bu qadağaları götürüldü

CƏMİYYƏT

01 Dekabr 2022 | 22:59 | Müəllif: Subhan Mahmudov

Naxçıvanda ilk hadisə: Vasif Talıbovun bu qadağaları götürüldü

Naxçıvan Muxtar Respublikası (MR) ərazizində ilk dəfə olaraq Bakıdakı market şəbəkələri fəaliyyətə başlayacaq.

Bakıvaxtı.az demokrat.az-a istinadən xəbər verir ki, yaxın günlərdə Naxçıvan şəhərinin mərkəzindəki "Gənclik" kafesi adlanan binanın birinci mərtəbəsində məşhur market şəbəkələrindən biri ilk dəfə olaraq xidmət göstərəcək. Hazırda sözügedən binada mağazanın açılışına hazırlıq işləri görülür.

Bütün market və restoran şəbəkələrinin Naxçıvanda fəaliyyət göstərməsinə yaradılan süni maneələr artıq aradan qaldırılıb.

Qeyd edək ki, indiyədək Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun xüsusi göstərişi ilə heç bir market və restoran şəbəkələrinin, həmçinin taksi xidmətlərinin Muxtar Respublikada fəaliyyətinə icazə verilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026