• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Yeni il Ağalıda qeyd edildi - FOTOLAR

CƏMİYYƏT

31 Dekabr 2022 | 16:50

Yeni il Ağalıda qeyd edildi - FOTOLAR

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Zəngilan rayonu Ağalı kəndində tədbir keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Ağalı kəndinin mərkəzi meydanında keçirilən tədbir Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və “Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs tərəfindən təşkil edilib.

Tədbirdə Şaxta baba və Qar qız, Bakı Dövlət Sirkinin, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teartrı, Azərbaycan Dövlət Kukla Teatrı və Füzuli Dövlət Dram Teatrının aktyorlarının iştirakı ilə müxtəlif tamaşalardan səhnəcilklər göstərilib, rəqslər ifa olunub.

Yurd yerlərinə qayıdaraq Ağalıda məskunlaşmış yeni nəsil Zəngilanlılara, kəndin balaca sakinlərinə bayram hədiyyələri verilib.

Xatırladırıq ki, Ağalıda 66 ailə yaşayır və 79 nəfər məktəb yaşlı, 18 nəfərsə məktəbəqədər yaşlı uşaqlar kəndin müasir standartlara tam cavab verənb orta məktəbində və uşaq baxşasında təhsil və tərbiyə alırlar.


Yeni il Ağalıda qeyd edildi - FOTOLARYeni il Ağalıda qeyd edildi - FOTOLARYeni il Ağalıda qeyd edildi - FOTOLARYeni il Ağalıda qeyd edildi - FOTOLARYeni il Ağalıda qeyd edildi - FOTOLARYeni il Ağalıda qeyd edildi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026