• Bakı C

    12.21 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

BQXK-nın avtomobillərində erməniəsilli şəxslər Xankəndiyə aparıldı - YENİLƏNİB

CƏMİYYƏT

30 Yanvar 2023 | 15:41

BQXK-nın avtomobillərində erməniəsilli şəxslər Xankəndiyə aparıldı - YENİLƏNİB

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 6 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Bakıvaxtı.az  xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, həmin minik avtomobilləri Laçından Xankəndi istiqamətinə keçid edib.

Avtomobillərin içərisində erməniəsilli şəxslər olub.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz hərəkət edən BQXK-ya məxsus avtomobillərin sayı 12-yə çatıb. /Report

 

09:17

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

Bakıvaxtı.az  xəbər verir ki, bir qədər əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus altı minik avtomobili Xankəndidən Laçın istiqamətinə keçib.

Aksiya iştirakçıları onların keçidinə şərait yaradıb.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 49 gündür davam edir.


SON XƏBƏRLƏR

18 Mart 2024