• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Xilasedicilərimiz Kahramanmaraşdan qayıdırlar - VİDEO

CƏMİYYƏT

01 Mart 2023 | 15:21

Xilasedicilərimiz Kahramanmaraşdan qayıdırlar - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin bir hissəsi bu gün təyyarə ilə Adana hava limanından Bakı şəhərinə yola düşüb.

Bu barədə Bakıvaxtı.az-a nazirlikdən məlumat verilib. 

Qüvvələri hava limanından Adana valisi Süleyman Elban, Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) Mersin vilayəti Fövqəladə Halların İdarə olunması Bölməsinin rəhbəri Cenk Yıldız, fövqəladə və səlahiyyətli səfirlər Murat Salim Esenli və Ayşe Saraç və Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin idarə rəhbəri Hatice Tugba İkizler yola salıblar.

Türkiyəli rəsmilər Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin qardaş ölkədəki dağıdıcı zəlzələ ilə əlaqədar axtarış-xilasetmə əməliyyatlarını yüksək peşəkarlıq və fədakarlıqla yerinə yetirdiklərini qeyd edərək, onların hər birinin bir qəhrəman olduğunu bildiriblər.

Rəsmilər göstərilən dəstəyə görə Azərbaycan dövləti və xalqına təşəkkür ediblər.


Xilasedicilərimiz Kahramanmaraşdan qayıdırlar - VİDEOXilasedicilərimiz Kahramanmaraşdan qayıdırlar - VİDEOXilasedicilərimiz Kahramanmaraşdan qayıdırlar - VİDEOXilasedicilərimiz Kahramanmaraşdan qayıdırlar - VİDEOXilasedicilərimiz Kahramanmaraşdan qayıdırlar - VİDEOXilasedicilərimiz Kahramanmaraşdan qayıdırlar - VİDEOXilasedicilərimiz Kahramanmaraşdan qayıdırlar - VİDEOXilasedicilərimiz Kahramanmaraşdan qayıdırlar - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026