• Bakı C

    12.34 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Əhməd Obalıdan İranda oxuyan azərbaycanlılara ÇAĞIRIŞ: Dini təhsil almaq istəyən...

CƏMİYYƏT

30 Yanvar 2023 | 15:39

Əhməd Obalıdan İranda oxuyan azərbaycanlılara ÇAĞIRIŞ: Dini təhsil almaq istəyən...

Xəbər verdiyimiz kimi, Azərbaycan səfirliyinin İrandakı diplomatik fəaliyyəti tamamilə dayandırılıb. Ölkəmizin bu addımı İrandakı soydaşlarımızın, xüsusilə orada təhsil alan tələbələrin vəziyyətinə nə kimi təsir göstərəcək?

Mövxu ilə bağlı milli fəal, GünAz TV-nin təsisçisi Əhməd Obalı Bakıvaxtı.az-a bildirib ki, İranda 30 milyondan çox azərbaycanlı var və hər zamanki kimi, bu dəfə də onların hüquqları pozulacaq:

“Lakin mən inanıram və hətta əminəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin ötəndəfəki çıxışında “Güney azərbaycanlıların da hüquqlarını qoruyacağıq” deməsindən sonra İran bütün bunları nəzərə alacaq. Hesab edirəm ki, Prezidentimizin bu sözlərindən sonra nigarançılığa gərək qalmır. Səfirliyin təxliyə olunması nəticəsində ehtiyacı olanlar Təbrizdəki konsulluğumuza gedəcək”.

İranda təhsil alan tələbələrə gəlincə. Əhməd Obalı deyib ki, Quzeydən əsasən əksəriyyəti Qum şəhərinə din təhsili almağa gedir: “Onlara demək istəyirəm ki, təhsil almaq üçün İrana getmək lazım deyil. Çünki bizim dinimizin, məshəbimizin İrana aidiyyatı yoxdur. Dini təhsil almaq istəyən Azərbaycanda, Türkiyədə və s. ölkələrdə də dərs ala bilər”.

“Hesab edirəm ki, İrandakı tələbələrimiz Azərbaycana qayıtmalı və öz vətənlərinə sahib çıxmalı, İranda terror dəstələrinə qoşulmamalıdırlar”, - deyə Əhməd Obalı vurğulayıb.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

18 Mart 2024