• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir

CƏMİYYƏT

31 Dekabr 2022 | 16:29

Ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə illik məlumat yayıb.

ANAMA-dan Bakıvaxtı.az-a verilən xəbərə görə, bu ilin yanvar-dekabr ayı ərzində Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 8 780, tank əleyhinə isə 4 133 mina və 14 950 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Beləliklə, 41 915.77 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026