• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Əcnəbi narkotacirlə narkotik satan şəxs saxlanıldı - FOTO

HADİSƏ

28 Fevral 2024 | 08:43 | Müəllif: Qalib İbrahimoğlu

Əcnəbi narkotacirlə narkotik satan şəxs saxlanıldı - FOTO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən külli miqdarda narkotik vasitənin və psixotrop tərkibli həblərin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Verilən məlumata görə, keçirilmiş əməliyyat tədbiri zamanı Gəncə şəhər sakini Mövsüm İsgəndərov saxlanılıb. Onun üzərində daşıdığı çantaya baxış keçirilərkən 2 kiloqrama yaxın marixuana, 20 ədəd metadon həbi, 34 qram tiryək, 22 qram metamfetamin və heroin aşkar edilib. Araşdırma zamanı M.İsgəndərovun həmin narkotik vasitələri sosial şəbəkədə tanış olduğu iranlı narkotacirdən onlayn yolla aldığı və həmin şəxsin göstərişi ilə Gəncə şəhərinə apararaq orada satmaq istəməsi müəyyən edilib.

M.İsgəndərov əvvəlcədən fotoşəkillər vasitəsilə ona göndərilən Zaqatala rayonundakı ünvandan narkotik vasitələri götürüb getmək istəyərkən polis əməkdaşları tərəfindən yaxalanaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Əcnəbi narkotacirlə narkotik satan şəxs saxlanıldı - FOTOƏcnəbi narkotacirlə narkotik satan şəxs saxlanıldı - FOTOƏcnəbi narkotacirlə narkotik satan şəxs saxlanıldı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026