• Bakı 19° C

    5.84 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

"Jek"in əməkdaşı iş vaxtı iki ayağından oldu

HADİSƏ

29 Mart 2024 | 08:35

Jekin əməkdaşı iş vaxtı iki ayağından oldu

Xətai rayonu Afiyyədin Cəlilov küçəsində ağır yol qəzası qeydə alınıb.

Bakıvaxtı.az APA-ya istinadla xəbər verir ki, əyləncə mərkəzinin məişət tuallantılarını yük maşınına yükləyən mənzil istismar sahəsinin əməkdaşı 51 yaşlı Babakişiyev Məmməd Əzizağa oğlunu “Toyota” markalı minik avtomobili vurub.

    Zərbə zamanı yük maşınına çırpılan Məmməd Babakişiyev hər iki ayağından ağır xəsarət alıb.

    Kliniki Tibbi Mərkəzə çatdırılan mənzil istismar sahəsinin əməkdaşı cərrahi əməliyyat edilib.

    Növbətçi həkimin verdiyi məlumata görə, Məmməd Babakişiyevin hər iki ayağı amputasiya edilib.

    Hadisə üzrə əraziyə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

    Minik avtomobilinin sürücüsünün izahatı alınıb. Fakta hüquqi qiymət araşdırmalardan sonra veriləcək.


    SON XƏBƏRLƏR

    27 Aprel 2024