• Bakı 17° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0186

İmişli-Biləsuvar yolunda avtomobil aşdı: ölənlər var

HADİSƏ

27 Aprel 2024 | 18:55

İmişli-Biləsuvar yolunda avtomobil aşdı: ölənlər var

İmişli-Biləsuvar avtomobil yolunda yol nəqliyyat hadisəsi baş verib. Minik avtomobilinin aşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, yol qəzası səhər saatlarında İmişli-Biləsuvar avtomobil yolunun 6-cı kilometrliyində qeydə alınıb. "Toyota Prado" markalı avtomobil hərəkətdə olarkən idarə etmədən çıxaraq aşıb. Hadisə nəticəsində Ramil Bəhlul oğlu Vəliyev və Adil Kamil oğlu Sadıqov ölüb, avtomobildə olan sərnişinlər Fatma Şərifova, Abdullah Ramil, Məhəmməd Vüsal müxtəlif dərəcəli xəsarətlər alıb, yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və onlara təcili təxirə salınmaz tibbi yardım göstərilib. Kəllə beyin travması alan Fatma Şərifova Bakı şəhərində olan xəstəxanalardan birinə təxliyə olunub.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

09 May 2024