• Bakı 19° C

    3 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Vaxt doldu - Paşinyan istefa vermədi - YENİLƏNİB

DÜNYA

09 May 2024 | 20:44

Vaxt doldu - Paşinyan istefa vermədi - YENİLƏNİB

Ermənistanın baş naziri Nikol Paşinyan istefa verməyib.

Bakıvaxtı.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, arxiyepiskop Baqrat Qalstanyanın istefa üçün Paşinyana verdiyi bir saat başa çatsa da o vaxtı uzatmayıb.

O parlament vasitəsi ilə impiçmentə hazır olduqlarını açıqlayıb. 

 

19:22

"Vətən uğrunda Tavuş" müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat İrəvanda Respublika Meydanında keçirilən mitinqdə baş nazir Nikol Paşinyanın istefa verməsi üçün bir saat vaxt verdiyini bildirib.

Bu barədə Bakıvaxtı.az Ermənistan KİV-ə istinadən xəbər verir.

"İlk dəfədir ki, onun adını çəkirəm. Nikol Paşinyan! Mən sizə istefa üçün bir saat vaxt verirəm. Bir saat ərzində sizinlə görüşməyə və istefa şərtlərini müzakirə etməyə hazıram", - o deyib.


SON XƏBƏRLƏR

19 May 2024