• Bakı 24° C

    4.72 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Avropada ən çox satılan smartfonlar açıqlandı

DÜNYA

08 Iyun 2024 | 17:08 | Müəllif: Gülşən Şərif

Avropada ən çox satılan smartfonlar açıqlandı

"Samsung” şirkəti 2024-cü ilin birinci rübünün nəticələrinə görə, Avropa bazarının 37%-ni tutub. 

Bakvaxtı.az xəbər verir ki, bu barədə Canalys analitik şirkətinin araşdırmasında deyilir.

Şirkətin hesabatına görə, smartfon tədarükləri (Rusiya istisna olmaqla) keçən il ilə müqayisədə 2% artaraq 33,1 milyon cihaz təşkil edib.

Reytinqdə birinci yeri "Samsung” tutub, bazara 12,1 milyon smartfon tədarük edərək bazarın ümumi həcminin 37%-ni təşkil edib. İkinci yerə 7,3 milyon cihaz tədarük edərək bazarın 22%-ni tutan Apple şirkəti layiq görülüb. Bununla yanaşı, keçən ilin nəticələrinə görə, Apple bazarda birinci yeri tuturdu. İlk üçlüyü bazar payı 16% olan və 5,4 milyon smartfon tədarük edən Xiaomi tamamlayır.

Ən populyar modellər iPhone 15 Pro Max (2,6 milyon), iPhone 15 Pro (1,6 milyon) və Samsung Galaxy S24 Ultra (1,6 milyon) olub. İlk onluğa həmçinin Samsung Galaxy A15 (1,6 milyon), iPhone 15 (1,4 milyon), Redmi 13C (1,2 milyon), Galaxy A15 5G (1,2 milyon), Galaxy S24 (1,1 milyon), Redmi Note 13 4G (1,1 milyon) və Galaxy A25 5G (900 min) daxil olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026