• Bakı 23° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Polşa və Ukrayna arasında hərbi saziş imzalandı

DÜNYA

08 Iyul 2024 | 17:00

Polşa və Ukrayna arasında hərbi saziş imzalandı

Polşanın paytaxtı Varşavada Polşa və Ukrayna arasında müdafiə və təhlükəsizlik sahəsində 10 il müddətinə əməkdaşlıq haqqında saziş imzalanıb.

Bakıvaxtı.az xəbər verir ki, sənədi Polşanın baş naziri Donald Tusk və Ukrayna prezidenti Volodimir Zelenski imzalayıblar. İmzalanma mərasimi onların danışıqları zamanı baş tutub.

Baş nazir qeyd edib ki, bu sənədə qarşılıqlı öhdəlik kimi yanaşır. Onun sözlərinə görə, Polşa yaxın vaxtlarda sazişin həyata keçirilməsi üçün əməli addımlara başlayacaq.


SON XƏBƏRLƏR

05 Oktyabr 2024