• Bakı 23° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

“Ukrayna legionu” könüllü birliyi yaradılacaq

DÜNYA

08 Iyul 2024 | 16:53

“Ukrayna legionu” könüllü birliyi yaradılacaq

Polşada Avropa İttifaqı ölkələrində yaşayan ukraynalılardan “Ukrayna legionu” könüllü birliyi yaradılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

Məlumata görə, Zelenski ikitərəfli təhlükəsizlik sazişinə könüllü qüvvələrin yaradılması ilə bağlı bəndin salınmasından danışıb.

“Ukrayna legionu Polşada məşq edəcək və tərəfdaşlarla təchiz olunacaq”, - deyə siyasətçi bildirib.

O, Ukrayna-Polşa-Litva birgə briqadasının əvvəlki təcrübəsinə istinad edib.

Zelenskinin sözlərinə görə, bu təcrübə əsasında Aİ-də yaşayan ukraynalılara Ukrayna Silahlı Qüvvələrinə qoşulmaq imkanı veriləcək.

Mina Mikayılova


SON XƏBƏRLƏR

05 Oktyabr 2024