• Bakı 22° C

    5.65 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Rusiyadan Türkiyəyə: "Belə bir platforma olsaydı,..."

DÜNYA

08 Iyul 2024 | 16:53 | Müəllif: Gülşən Şərif

Rusiyadan Türkiyəyə: "Belə bir platforma olsaydı,..."

"Türkiyənin Ukrayna böhranını həll etmək üçün sülh platforması yaratmaq ideyasını dəstəkləyirik".

Bakıvaxtı.az "Gazeta"ya istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitriy Peskov deyib.

Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ukrayna probleminin həlli üçün sülh platformasının yaradılmasına dair bəyanatını dəyərləndirən Peskova görə, sülh platformasının yaradılması məqsədəuyğundur.

"Biz heç vaxt danışıqlardan əl çəkmədik. Əksinə bütün əlaqədar tərəflərin iştirakı ilə danışıqların aparılmasının tərəfdarı idik. Hələlik belə bir platforma yoxdur. Ona görə də Rusiya bu məsələdə Hakan Fidanla razılaşır", - deyə Kreml sözçüsü bildirib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026