Nigeriyada etiraz aksiyaları zamanı Rusiya bayraqları daşıyan 30-dan çox adam saxlanılıb.
Bakıvaxtı.az "Sabah"a istinadən xəbər verir ki, bu barədə Nigeriya Polisinin sözçüsü Olumuyiva Adejobi açıqlama verib.
Onun sözlərinə görə, Nigeriyada benzinə verilən subsidiyaların ləğvindən sonra bahalaşmaya qarşı davam edən etirazlarda Rusiya bayraqları daşıyan 30-dan çox adam saxlanılıb:
"Bu şəxslər ölkədə xarici bir ölkənin bayrağını qaldıraraq vətənə xəyanət cinayəti törədiblər".
Onu da qeyd edək ki, etirazçılar tələblərinin yerinə yetirilmədiyini əsas gətirərək aksiyalarını davam etdirirlər.Ümumilikdə etirazlara görə ölkə daxilində 873 nəfər saxlanılıb, zorakılıq səbəbilə bəzi ştatlarda komendant saatı elan edilib.
Gülşən Şərif