• Bakı 19° C

    3 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

"Yarımsaatlıq müğənnilər toyun əsas müğənnisinə sərf eləmir" - Əməkdar artist 

MƏDƏNİYYƏT-ŞOU

09 May 2024 | 14:47

Yarımsaatlıq müğənnilər toyun əsas müğənnisinə sərf eləmir - Əməkdar artist 

"Uşaqlıqdan toyda püxtələşməyimizə baxmayaraq, toyu aparanda həyacanlı oluruq, böyük məsuliyyətdir".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elton Hüseynəliyev "İncə səhər" verilişində deyib.

Sənətçi idarə etdiyi toylardan söz salıb:

"Biz toyu konsert kimi etmək istəsək də, tam alınmaz. Əvvəlini konsert halına salsaq da, davamı öz yoluna düşməlidir. Toya oxşamalıdır. Toy öz abu-havasına düşməlidir. Yarımsaatlıq müğənnilərin gəlməsi toyun aparıcısına sərf edən nüans deyil. Sonra qonaqlar deyinirlər ki, toyun əsas müğənnisi az oxudu. 2 dənə yarımsaatlıq müğənni olsa, bəs edir. Çox lazım deyil".

Ziyafət Əlisoy 


SON XƏBƏRLƏR

19 May 2024