• Bakı 17° C

    2.96 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Ərdoğan: Aİ Türkiyə ilə əlaqələrə zərbə vura biləcək siyasətdən imtina etməlidir

DÜNYA

09 May 2024 | 14:40

Ərdoğan: Aİ Türkiyə ilə əlaqələrə zərbə vura biləcək siyasətdən imtina etməlidir

İslamofobiya və irqçilik Avropada yaşayan insanlar üçün ən böyük təhdiddir.

Bakıvaxtı.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 9 may - Avropa Günü ilə bağlı təbrik mesajında qeyd olunub.

Bildirilib ki, beynəlxalq miqyasda və regionda baş verən müharibələr, toqquşmalar, terrorlar və iqlim dəyişikliyi kimi məsələlər bütün dünyada olduğu kimi, Avropada da sabitliyi təhdid edir.

Həmçinin qeyd olunub ki, hazırkı geosiyasi vəziyyətdə Avropa İttifaqı (Aİ) əməkdaşlığa töhfə verən addımlar atmalı, ədalətli siyasət yeritməlidir: “Bu, qitəmizin gələcəyi üçün hər zamankından daha vacibdir. Aİ ölkəmizlə əlaqələrinə zərbə vura biləcək siyasətdən imtina etməlidir. Bu, həyati əhəmiyyətli məsələdir. Aİ-nin ölkəmizə qarşı təcrid siyasəti qarşısında Türkiyə malik olduğu imkanlardan istifadə etməkdən çəkinməyəcək. Bir daha xatırlatmaq istəyirik ki, Türkiyə olaraq daha həmrəy Avropa üçün çalışmağa davam edəcəyik”.


SON XƏBƏRLƏR