• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Ağ Ev Bakı ilə əlaqələrdəki şkalanı yüksəltmək niyyətindədir

SİYASƏT

20 May 2024 | 13:48

Ağ Ev Bakı ilə əlaqələrdəki şkalanı yüksəltmək niyyətindədir

 “Hikmət Hacıyevin ABŞ səfəri regionda Bakının strateji qiymətini artıran proseslərin perspektivini ölçmək üçün yaxşı barometrdir”.

Bunu Bakıvaxtı.az-a siyasi şərhçi Aqşin Kərimov Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin Birləşmiş Ştatlara səfərini şərh edərkən deyib.

“Hikmət Hacıyevin ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirəsi rəsmi Vaşinqtonla rəsmi Bakı arasındakı soyuqlaşmaqda olan "havaları" mülayimləşdirə biləcəkmi” sualını cavablandıran A.Kərimov bildirib ki, Azərbaycanla Birləşmiş Ştatlar arasındakı münasibətlərdə gərginlik notları həqiqətən də mövcuddur, amma hərdən bu, bilərəkdən bəzi informasiya fonu ilə şişirdilir. Bu, daha çox regionda maraqları olan digər geosiyasi güc mərkəzlərindən Bakı-Vaşinqton əlaqələrindəki mühüm aspektləri gizlətmək üçündür.

Müsahibimiz ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələnin, o cümlədən təhlükəsizlik atmosferinin nəzərdən keçirildiyini düşünür:

“Təbii ki, fikir ayrılıqları və ənənəvi qarşılıqlı ittihamların qalacağı da istisna deyil, lakin Ağ Ev ümumilikdə Bakı ilə əlaqələrdəki şkalanı yüksəltmək niyyətindədir. Bu, ABŞ-nin Cənubi Qafqazdan Mərkəzi Asiyaya uzanan maraqlarını əks etdirən geniş vizyondur, üstəlik, Azərbaycan İranla da qonşudur”.

A.Kərimov vurğulayıb ki, Azərbaycan regiona yeni vizyonla daxil olur və strateji qərarlar qəbul edir:

“Təbii ki, burada onun strateji müttəfiqi Türkiyə ilə də, tərəfdaşları ilə də, o cümlədən ABŞ ilə müzakirələrə vurğu etməsi normal bir hadisədir”.

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Iyul 2024