• Bakı 24° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Azərbaycan Latviyanın önəmli strateji tərəfdaşıdır - Dayqa Mierina

SİYASƏT

20 May 2024 | 14:05

Azərbaycan Latviyanın önəmli strateji tərəfdaşıdır - Dayqa Mierina

"Azərbaycan Latviyanın önəmli strateji tərəfdaşıdır və bundan məmnunuq".

Bakıvaxtı.az xəbər verir ki, bunu ölkəmizdə səfərdə olan Latviya Seyminin sədri xanım Dayqa Mierina mayın 20-də keçirilən mətbuat konfransında deyib.

Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan Latviya Seyminin sədri xatırladıb ki, bu səfər iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyi ilə bir vaxta təsadüf edir.

Mayın 19-da Qarabağa səfər etdiyini diqqətə çatdıran D.Mierina Şuşa və Füzuli rayonları ilə yaxından tanış olduğunu deyib. “Latviya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləməkdə davam edəcək. Latviya şirkətləri Şuşada aparılan bərpa-quruculuq işlərində iştirak edə bilərlər”, - deyə Dayqa Mierina bildirib.

O, mayın 21-də bir sıra mühüm tədbirdə və sərgidə iştirak edəcəyini də diqqətə çatdırıb.


SON XƏBƏRLƏR

15 Iyun 2024