• Bakı C

    5.96 m/s

  • USD - 1.7

    EUR - 1.9335

    RUB - 2.0591

Hikmət Hacıyev: Fransanın Cənubi Qafqazla bağlı siyasəti zərərlidir

SİYASƏT

19 Iyun 2024 | 11:20

Hikmət Hacıyev: Fransanın Cənubi Qafqazla bağlı siyasəti zərərlidir

Fransanın Cənubi Qafqazla bağlı siyasətini səmərəli hesab etmirik, bu, zərərli siyasətdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. 

    H. Hacıyev bildirib ki, Fransanın Ermənistanı silahlandırması indiyə qədər əldə olunmuş nəticələrə, Qafqazda sülhə təhdiddir: “Bu, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə zərbədir. Fransanın militarizasiya siyasəti Ermənistanda revanşist qüvvələri həvəsləndirəcək addımdır. Ermənistana öldürücü silahların verilməsi ciddi narahatlıq doğuran haldır. BMT TŞ-nin üzvü olaraq Fransa məsuliyyətli siyasət həyata keçirməlidir. Ermənsitan Cənubi Qafqazda işğal və təcavüz törədən ölkədir. Belə ölkənin silahlandırılması məqbul hesab olunmur”.


    SON XƏBƏRLƏR

    28 Aprel 2025