• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Sahibə Qafarovanı Şimali Kiprə dəvət etdi 

SİYASƏT

18 Iyun 2024 | 20:09

Sahibə Qafarovanı Şimali Kiprə dəvət etdi 

Şimali Kipr Türk Respublikası (ŞKTR) parlamentinin sədri Zorlu Töre ilə Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ŞKTR parlamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Zorlu Töre Sahibə Qafarovanı müsəlmanların müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.

ŞKTR parlamentinin rəhbəri Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü plenar iclasının yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə təşəkkür edib.

Zorlu Töre Azərbaycan Milli Məclisinin sədrini Lefkoşaya səfərə dəvət edib.

Şimali Kipr parlamentinin sədri Milli Məclisin ŞKTR ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev və Türkiyə-ŞKTR parlamentlərarası dostluq qrupunun rəhbəri Orhan Erdem ilə də telefon danışığı aparıb.


SON XƏBƏRLƏR