• Bakı 15° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.8375

    RUB - 0.0175

Fransa Yeni Kaledoniya sakinlərini siyasi məhbus qismində saxlayır - Mikael Forest

SİYASƏT

18 Iyul 2024 | 17:17

Fransa Yeni Kaledoniya sakinlərini siyasi məhbus qismində saxlayır - Mikael Forest

"Fransada siyasi məhbus statusu yoxdur, amma bu ölkə bizim sakinləri siyasi məhbus qismində saxlayır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forest bugünkü mətbuat konfransında deyib.

    "Fransa özünü beynəlxalq hüquqlar üzrə çempion adlandırır, amma müstəmləkə altında saxladığı xalqlara qarşı cinayətlər törədir. Beynəlxalq Azadlıq Cəbhəsi bizi beynəlxalq səviyyədə bir araya gətirən qurumdur. Fransada siyasi məhbus statusu yoxdur, amma bu ölkə bizim sakinləri siyasi məhbus qismində saxlayır. Fransa hakimiyyəti bizim xalqımıza çox ciddi şəkildə diskriminasiyaya yol verir. Fransada seçki olanda hakimiyyət bizim səsvermə hüququmuzdan istifadə etməyə imkan vermir, hər cəhdlə buna qarşı çıxır. Dünyanın bütün guşələrində müstəqillik hər bir xalqın hüququdur. Bizim tanınmağımız bizim üçün bir sıra imkanlar açacaq. Eyni zamanda onu bildirmək istəyirəm ki, biz bununla beynəlxalq hüququn subyekti olacağıq".


    SON XƏBƏRLƏR

    29 Oktyabr 2024