• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Mirzoyandan sülh mesajı: “Tarixi yol ayrıcındayıq”

SİYASƏT

17 Avqust 2024 | 15:23 | Müəllif: Subhan Mahmudov

Mirzoyandan sülh mesajı: “Tarixi yol ayrıcındayıq”

Dialoq və açıq müzakirələr Cənubi Qafqazın gələcəyi üçün ən unikal üsuldur.

Bakıvaxtı.az bildirir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

Nazir Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinə diqqət çəkərək, buradan çıxacaq nəticələrin Cənubi Qafqaz üçün tarixi gəlişmə olacağını və bölgədə sülh üçün real imkanların yarandığını bildirib.

"Tarixən mədəni və əsas ticarət yollarının kəsişməsində yerləşən regionumuz - Cənubi Qafqaz bu gün mühüm yol ayrıcında dayanır. O, çox böyük sarsıntılarla, o cümlədən insan həyatı və regionun ümumi iqtisadi inkişafına, bu gününə və gələcəyinə böyük təsir göstərən hadisələrlə üzləşib. Hazırda biz düzgün seçim etmək, daha dinc, təhlükəsiz və firavan gələcəyə doğru düzgün yol tutmaq üçün real imkana malik tarixi yol ayrıcındayıq.

Dialoq və açıq müzakirələr vakuumu doldurmaq üçün vacib şərt və unikal üsuldur", - Mirzoyan qeyd edib./teleqraf.com


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026