• Bakı 19° C

    3.58 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

MSK sənədləri Konstitusiya Məhkəməsinə təqdim edəcək

SİYASƏT

16 Sentyabr 2024 | 13:37

MSK sənədləri Konstitusiya Məhkəməsinə təqdim edəcək

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün Milli Məclisə növbədənkənar seçkilərin nəticələrini yoxlayaraq yekun vurub.

Bakıvaxtı.az xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, MSK protokollar yoxlanıldıqdan sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisinə seçkilərin yekunlarının və nəticələrinin yoxlanılaraq təsdiq edilməsi prosesini başa çatdırmalıdır.

    MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün müvafiq sənədlərin Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar qəbul edib.


    SON XƏBƏRLƏR

    18 Sentyabr 2024