• Bakı 21° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

İlham Əliyev bu qanunu TƏSDİQLƏDİ

SİYASƏT

17 Avqust 2024 | 15:38 | Müəllif: Subhan Mahmudov

İlham Əliyev bu qanunu TƏSDİQLƏDİ

Hərbi texnika və silahla əlaqədar lisenziya verilməsinə görə yeni dövlət rüsumları müəyyənləşib. 

Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Qanuna edilmiş dəyişikliklə lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə aid edilən döyüş təyinatlı hərbi texnika və hərbi silahla bağlı lisenziya verilməsinə görə yeni dövlət rüsumu müəyyənləşib.

Belə ki, döyüş təyinatlı hərbi texnikanın və hərbi silahın layihələndirilməsi üçün 10 000 manat, istehsalı və sınaqdan keçirilməsi üçün 50 000 manat, quraşdırılması, montajı, təmiri və texniki xidmət göstərilməsi üçün 12 500 manat, saxlanılması üçün 12 500 manat, utilizasiyası üçün 10 000 manat rüsum ödəniləcək.

Bundan əlavə, döyüş sursatının layihələndirilməsi üçün 10 000 manat, istehsalı və sınaqdan keçirilməsi üçün 50 000 manat, quraşdırılması, montajı, təmiri və texniki xidmət göstərilməsi üçün 12 500 manat, saxlanılması üçün 12 500 manat, utilizasiyası üçün 10 000 manat rüsum ödəniləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026